Lətifələr - 4

Zəlimxan Yaqubun toruna qızıl balıq düşür:— Şair, məni buraxsan, üç arzunu yerinə yetirərəm...
— Deməli, belə: İsveçrə bankında 10 milyon dollarım olsun! Bodrumda 3 mərtəbəli villam olsun! «Peyğəmbər» poemam dövlət mükafatı alsın! Bu bir!..

---------------------
Gənc yazar Əhməd Şahidov kitab yazır və 10 min tirajla çap edir. Görür ki alan yoxdu, qəzetə belə bir elan verir: «Gənc və yaraşıqlı milyonçu, Əhməd Şahidovun yeni romanının qəhrəmanına oxşayan qızla tanış olmaq istərdi».
---------------------
Londonda oxuyan oğlu qaz zavodunun direktoru, yazıçı Hüseynbala Mirələmova məktub yazır:
— Ata, burda özümü lap ala qarğa kimi hiss edirəm, məndən başqa hamı dərsə avtobusla gedir.
— Qəm eləmə oğlum, pul göndərərəm, sən də özünə birini alarsan.

---------------------
Gənc yazıçı Seymur Baycan papaq dükanına girir, təzə kepka almaq istəyir.
Satıcı Seymurdan başının ölçüsünü soyuşur.
— Yadıma gəlmir, ya 45, ya da 54...
— Əgər yadına gəlmirsə, onda 45-di...

---------------------
Şair Yafəs Türksəsin gənc olanda yolu təsadüfən şəhərə düşür.
Kəndə əliboş qayıtmaq istəmir. Çox fikirləşəndən sonra gedib bir vedrə alır. Sonra nə fikirləşirsə, mismarla təzə vedrənin altını deşir, aparıb dəmirçiyə verir ki, təmir eləsin. Dəmirçi təzə vedrəyə baxıb deyir:

---------------------
Din haqda tənqidi məqalələr yazan şair Aqşin Yenisey günlərin bir günü cəngəllikdə azır və kannibalların mühasirəsinə düşür. O üzünü göylərə tutaraq yalvarır:
— Yəni doğrudanmı mənim axırım çatıb?
— Hələ yox! — qeybdən səs gəlir — xəncəri qəbilə başçısının əlindən qap və oğlunun ürəyinə sapla.
Birdən-birə şairin qollarına güc gəlir, bir anda xəncəri başçıdan alıb oğlunun sinəsinə saplayır.
Qeybdən yenə səs gəlir:
— Bax, indi doğrudan axırın çatdı.

---------------------
Pasient, siz həqiqətən, qətiyyətsizlikdən əziyyət çəkirsiniz?
Həm hə, həm də yox.
---------------------

Xəstə həkimdən soruşur:
Həkim, düz deyirlər ki, yerkökü yemək görmə qabiliyyətin yaxşılaşdırır?
Həqiqəti deyirlər! Heç nə vaxtsa eynəkli dovşan görmüsən?
---------------------
Pasient nevropatoloqa şikayət edir:
Doktor, bilirsiniz, arvadımla yola getmək necə çətindir? O mənə sual, sonra o suala cavab verir. Sonra da yarım saat mənə suala niyə səhv cavab verdiyimi izah edir.
---------------------
Həkim xəstədən soruşur:
Necə yatırsan?
Qaranlıq otaqda, pijamada, ayaqqabısız.
---------------------
Əməliyyatdan əvvəl xəstə həkimdən soruşur:
Doktor, əməliyyatdan sonra mən fleytada çala biləcəm?
Sakit olun. Əlbəttə ki, çalacaqsınız.
Mən heç vaxt fleyta çala bilməmişəm. Siz həqiqətən yaxşı cərrahsınız.
---------------------
Əməliyyatdan sonra:
Doktor, avtoqəzadan sonra mənim başımı tikmisiniz?
Bəli. Tikişə hansısa etirazınız var?
Yox, tikiş yaxşıdır. Ancaq baş mənim deyil.
---------------------
Həkim xəstəyə deyir:
İçməsən, ömrünü uzadacaqsan.
Düz deyirsiz, doktor! Bir həftə içmədim, həftə mənə il qədər uzun göründü.
---------------------
Uşağ anadan olan kimi həkimlərə deyir:
Gəlin sizinçin kvadrat tənliyi həll edim.
«Bu indi belə ağıllıdırsa, böyüyəndə necə olacaq?» fikirləşən həkimlər uşağın beyninin dörddə bir hissəsini kəsirlər. 
Özünə gələn uşaq həkimlərə deyir: «Gəlin loqarifm həll edim». Bu dəfə həkimlər onun beyninin yarısını kəsirlər. Özünə gələn uşaq sadə tənlik həll etmək istədiyini deyir. Bu dəfə həkimlər onun beyninin hamısını kəsib çıxarırlar. Əməliyyatdan sonra ayılan uşaq həkimlərə şübhəli nəzərlərlə baxıb deyir: «Siz kimsiz? Sənədlərinizi göstərin!
---------------------
Cərrahın yanına bir kişi gəlib deyir:
Doktor, qarnım ağrıyır.
Eybi yox, indi qulaqlarını kəsərik.
Kişi qorxub terapevtin yanına gedir.
Doktor, indi cərrahın yanına gedib dedim ki, qarnım ağrıyır. O da deyir qulağını kəsmək lazımdır.

Eh, bu cərrahlar da kəsməkdən başqa heç nə bacarmır. İndi dərman verərəm, qulaqların özü düşər.
---------------------
Həkim rentgen kağızına baxır:
Qabırğa sınıb, kəllədə çat var, çanaq sümüyü parçalanıb… Eybi yox, Photoshopda düzəldərik!