Lətifələr - 6

- Ata, gəlmişəm səninlə yatam!
- Tək yatmaqdan qorxursan?
- Yox, yaxşı yuxular görürdüm, istədim sən də görəsən.
- Nə görürdün?
- Görürdüm mənə velosiped almısan!

---------------------
- Məmməd, «pişik» və «bax» sözlərini cümlədə işlət!
- Mən görmədim, pişiyin ayağını basdaladım, o da miyoldayıb dedi:- Korsan? Ayağının altına bax, da…

---------------------
Birinci gün birinci sinif şagirdləri dərsə gəliblər. Müəllimə başa salır:
- Uşaqlar siz dərsə gəlmisiz. Dərsdə sakit oturmaq lazımdır. Əgər nə isə soruşmaq istəyirsinizsə, əlinizi qaldırın!
- Bir oğlan əlini qaldırır.
- Nəsə soruşmaq istəyirsən?
- Yox, sadəcə yoxlamaq istəyirəm sistem necə işləyir?

---------------------
Müəllimə tapşırıq verdi:
- Elə inşa yazın, ki, həmin inşada bazar ertəsi, çərşənbə axşamı, çərşənbə, cümə axşamı, cümə, şənbə, bazar günləri olsun.
- Atam ovda elə böyük quş ovlamışdı ki, biz onu bazar ertəsi, çərşənbə axşamı, çərşənbə, cümə axşamı, cümə, şənbə, bazar günləri də yedik, sonra qurtardı.

---------------------

- Anatomiyadan imtahan suallarına cavab verirdik, müəllimə Səmədi sinifdən çıxartdı.
- Niyə?
- Şpaqalkadan istifadə elədi?
- Necə?
- Öz qabırğalarını sayırdı ki, sayını yazsın!

---------------------
- Bax, düzünü de, ev tapşırığını kim eləyib?
- Müəllimə vallah-billah xəbərim yoxdu, axşam tez yatmışam!

---------------------
Ata hirslə:
- Bu «iki» nədir almısan?
- Dedim Nizami ilə Gəncəvi ikisi də bir şəhərdə yaşayıblar, müəllim mənə iki yazdı.
- Savadsızın bir, savadsız! Nizami ilə Gəncəvi nə vaxtdan bir şəhərdə yaşayıblar?

---------------------
Əliş artıq neçənci dəfədir ki, imtahan verir və pis qiymət alır. Valideynləri həyəcanla sinfin qapısında gözləyirlər ki, Əliş bu dəfə imtahandan neçə qiymət alacaq… Nəhayət, qapı açlır, Əliş bayıra çıxır. Ana həyəcanla soruşur:
- Nə oldu oğlum, imtahan verə bildin?
Ata da dözə bilməyib eyni sualı verir. Əliş onları sakitləşdirmək istəyir:
- Sakit olun, nə olub sizə, həmişə özünüz deyirsiz ki, hər şeydən vacib sağlamlıqdır

---------------------
Cavan tərbiyəçi otağa kompyüter gətirir. Çətinliklə əyilib onu yerə qoyub uşaqlardan soruşur:
- Uşaqlar, deyin görüm, otaqda neçə kompyüter var?
- Bir!
- Düzdür, – tərbiyəçi çox çətinliklə ikinci sonra isə üçüncü kompyüteri gətirir:
- İndi neçə kompyüter oldu?


Bu vaxt müdirə otağa gəlib soruşur:
- Nə edirsən?
- Uşaqlara üçə qədər saymaq öyrədirəm!
- Biz həmişə bunu alma ilə öyrədirik. Elə bil bunu sən də eləyə bilərdin!
- Axı kitabda kompyüter yazılıb.
- Kitabın növbəti səhifəsində 10-a qədər saymağı avtobuslarla öyrədiblər. Ümidvaram otağa avtobus gətirməyə hazırlaşmırsan?

---------------------
- Dəvəquşular yumurtlayır, atdan bərk qaçırlar, təhlükə zamanı başlarını torpağa soxurlar. Əlişov, sən orda neyləyirsən?
- Sizə diqqətlə qulaq asıram, müəllimə!
- Elə isə təkrar elə dediyimi!
- Dəvəquşulardan danışırdız, deyirdiz dəvəquşular yumurtalarını torpaqda basdırırlar. Atlar onların yumurtalarını tapdalayanda təhlükə baş verir, strauslar torpağın altına girirlər!

---------------------
- Ata, səni məktəbə çağırırlar!
- Niyə?
- Mən məktəbin pəncərəsini sındırmışam!
O biri gün oğlu deyir:
- Ata səni yenə məktəbə çağırırlar!
- İndii neyləmisən?
- Kimya laborotoriyasını partlatmışam!
- Bezmişəm, daha heç yerə gedən deyiləm!
- Düz eləyirsən, xarabalıqda nə işin var?
---------------------
Üçüncü sinif şagirdi dərsdən qayıdıb:
- Müəllimə soruşdu ki, 2x2 neçə edər, dedim 4, müəllimə məni təriflədi.
- Ay sağ ol, mənim ağıllı balam! Bu ona görədir ki, biz Azərbaycanlıyıq!
- Hələ bu harasıdır, müəllimə soruşdu ki, 7x7 neçə edər, mən dedim 49, o yenə məni təriflədi.
- Əlbəttə, bu belə də olmalıdır, axı biz Azərbaycanlıyıq!
- Bu gün idman dərsində boy sırası ilə dayanmışdıq, mən hamıdan hündür idim. Yəqin bu da ona görədir ki, biz Azərbaycanlıyıq.
- Yox, bu ona görə deyil, bu ona görədir ki, artıq sənin 16 yaşın var.

---------------------
Direktor soruşur:
- Uşaqlar yəqin ki, muzeydə yaddaşınızda qalan şeylər oldu?
- Oldu, oldu, - uşaqlar xorla cavab verdilər.
- Nə oldu?
- Təranə müəllimənin pilləkənlərdən yumbalanması

---------------------
Çukça yol ilə gedir. Tanışı soruşur:
- Hara gedirsən?
- İynə vurdurmağa!
- Poliklinikaya?
- Yox, özümə! 

---------------------
- Ana, olar çıxım həyətə?
- Çirkli qulaqlarınla?
- Yox, dostlarımla! 

---------------------
- Teymur dostu Seymura sataşıb onun stuluna rəng tökür. 
Seymur sinfə girən kimi soruşur:
- Bax gör bu şalvar mənə yaraşır?
- Hələ bir otur, sonra sual ver!
Seymur oturur. Oturan kimi stula yapışır, stulun rəngli olduğunu görüb tez qalxır. Teymur o qədər gülür ki...
Seymurun pərt olduğunu görüb gülməyini dayandırıb soruşur:
- Bayaq nə demək istəyirdin?
- Demək istəyirdim dünən idman dərsindən sonra sənin jins şalvarın zalda qalmışdı. bu gün onu geyinmişəm!

---------------------
Telefon zəng çalır. Dəstəyi 5 yaşlı Səməd götürür.
- Atanı, ya da ananı telefona çağır!
- Evdə yoxdular!
- Onda bajını çağır. Bir azdan Səməd yenə də dəstəyi qaldırır:
- Bacım çox ağırdı, kolyaskadan çıxara bilmirəm! 
- Ana, makaronun hamısını yedim!
- Bajın yemədi?
- Yox!
- Bəs niyə? 
- Soruşdu, "bunlar nədi?", dedim "qurd!". O da yemədi. 

---------------------
- Mən atam kimi ayda on min dollar qazanmaq istəyirəm!
- Məgər sənin atan ayda on min dollar qazanır? 
- Yox, o da elə istəyir! 

---------------------
Nənə günorta yatmayan nəvəsinə deyir:
- Sənin yerində olaydım, bütün günü yatardım!
- Nənə, sən mənim yerimə yerləşmərsən! 

---------------------
Qız, oğlan "həkim-həkim" oynayır. Ana işdən gəlir, qızını görəndə az qalır dəli olsun. Oğlanın atasına zəng edir: 
- Oğlunuz tərbiyə görməyib! Ata təəjjüblə soruşdu: 
- Sakit olun, uşaqların hər şeylə maraqlanan yaşlarıdır. 
Qızın anası qışqırır:
- Nejə sakit olum? "Həkim-həkim oynayıblar, oğlunuz qızımın apendisitini kəsib!

---------------------
Bir gün Molla Nəsrəddin bir neçə adamın arasında dayanıb söhbət edirmiş.Bir nəfər Mollaya deyir:
-Molla dayı, ora bax. bir qazan aş aparırlar!
-Mənə nə?
-Necə yəni "mənə nə?" aşı sizə aparırlar axı.
-Onda sənə nə?

---------------------
Nənə balaca oğlana şad xəbər çatdırmaq istəyir:
- Bu yaxınlarda anan sənə təzə bacı alacaq.
- Nənə, o qədimdə olub, uşaqları qul kimi, kölə kimi satırdılar. İndi başqa zamandır.

---------------------

Qonşu 5 yaşlı Samiri danışdırır:
- Nə qəşəng bacın var, onu sat mənə, qoy mənim balam olsun!
- Yox!
Bir neçə gündən sonra ana balaca bacını Samirin yanına qoyub mağazaya gedir. Bacı ara vermədən ağlayır. Samir qonşunun qapısını döyüb deyir:
- Biz onu satırıq, istəsən ala bilərsən! 
- Yox, pulum yoxdur, istəmirəm!
- Eybi yox, sən götür, pulunu maaş alanda verərsən!