Lətifələr - 9


HESAB OYUNU - Beyin məşqi oyununumuzu oynarayaq beyninizi məşq etdirin.
---------------------
Qulaq as Məmməd! Dünən özümə ağ ayaqqabı, ağ şalvar, ağ corab, ağ pencək, ağ köynək, ağ qalstuk və ağ dəsmal almışam.
- Yaxşısı budur özüvə bir dənə də yaşıl papaq al, olacaqsan qatıq butulkası.
---------------------
Cərrah xəstədən soruşur:
- Sizə pullu narkoz lazımdır, yoxsa pulsuz?

- Əlbəttə ki, pulsuz

- Lay-lay deyim yatasan,qızıl gülə batasan
---------------------
Mənə yaxşı zəngli saat lazımdır.
- Bizdə yaxşı saat var. Deməli, əvvəlcə normal qaydada zəng çalır, sonra həyəcan siqnalı verir, sonra üstünüzə bir vedrə soyuq su tökür......əgər heç biri kömək etməsə, işinizə zəng edib xəstə olduğunuz barədə xəbər verir.
---------------------
Uşaq velosipedlə anasının yanından keçərək ona deyir: Anacan bir mənə bax, əlimi ruldan buraxıb sürürəm. Döngəni dönəndən sonra qayıdıb deyir: Ana bax, mən dişsiz danışıram.
---------------------
Qucağında balaca küçük tutan qız avtobusda gedir. Onunla üzbəüz oturan oğlan deyir: Kaş o küçüyün yerində mən olardım. Qız keyfini pozmadan deyir: Bunu arzulamayın, çünki mən küçüyün quyruğunu kəsdirməyə aparıram.
---------------------
Təzə ərə getmiş qadın üz-gözü qaralmış halda ailə həkiminin yanına gəlir. Həkim deyir: Bildiyimə görə sizin əriniz səyahətdədi axı. Bəli, mən də elə bilirdim..
---------------------
Ata oğlunu həvəsləndirmək məqsədilə deyir: 

- "Oğul, Avraam Linkoln sən yaşda olanda, 19 kilometr yolu hər gün piyada gedirdi." 

Oğul cavab verir: 

- "Ata, Avraam Linkoln sən yaşda olanda artıq prezident idi..." 
---------------------
Nənə nəvəsinə deyir: 

- Balam, bu gecə yenə yuxuda uçurdum... 

 Nəvə: 

HESAB OYUNU - Beyin məşqi oyununumuzu oynarayaq beyninizi məşq etdirin.

- Ay nənə, neçə dəfə demişəm ki, sənin dərmanların o biri qutudadır
---------------------
Uşaq bağçasında müəllimə uşaqlara deyir: - Uşaqlar, müəllimə gedir. Nə demək lazımdır? Uşaqlar xorla: - Allaha şükür.
---------------------
Bir gün balaca Qulu hamilə olan anasından qarnını göstərərək soruşur:

"Ana bu nədir? "

Anası deyirki: "oqlum men uşaq gözləyirəm"

Qulu küçəyə çıxır.Görürki, bir yeke qarınlı kişi durub yolun kənarında.Gelib kişidən soruşurki:
- Əmi nə gözləyirsən?
-Kişidə deyirki:avtobus
Qulu:"Əmi velosiped gözlüyəndə mənə verərsəndə!"

---------------------
Bir gün bir binada yanğın olur.

Möhlət ve Məhəbbət insanları xilas etmək üçün yardıma gedirlər. Möhlət yuxarıdan uşaqları aşaqıya atır ki,aşaqıda Məhəbbət onları tutsun.

Birini atır,ikincini atır,üçüncünü atanda neqri atır,aşaqıda olan

Məhəbbət Möhlətə deyirki, bəsdir yanmişdarı atdun,vaxt yoxdu.
---------------------

HESAB OYUNU - Beyin məşqi oyununumuzu oynarayaq beyninizi məşq etdirin.

Oğlu anasından soruşur:

- Ana olar özümü binadan atım?

Anasi:

- Derslerini oxu sonra!
---------------------
Beş yaşlı uşaq zəng səsini eşidib dəstəyi qaldırır:

-Alo,eşidirəm.

-Atanı ya da ananı çağır.

-Evdə yoxdurlar.
- Bəs evdə səndən başqa bir adam var?
-Bəli var,bacım evdədir.
-Onda onu çağır.
Bir dəqiqəlik pauzadan sonra oğlan deyir:
-Alo,o çox ağırdır,beşikdən çıxara bilmədim.

---------------------
Arvad:- mənə belə gəlir ki, bizim sürücünü qovmaq lazımdır.

Kişi:-nə üçün?

Arvad:-dörd dəfədir ki,o mənim həyatımı ölümcül təhlükə altına qoyur.

Kişi:-tələsməyək ,ona daha bir şans verək.
---------------------

HESAB OYUNU - Beyin məşqi oyununumuzu oynarayaq beyninizi məşq etdirin.
İki professor universitetdə söhbət edir:

- Əgər mən bir nəfərə 4 yazsam, bütün qrup məni əli üstünde gəzdirər.

O biri professor:

- Əgər mən kimə isə 3 yazsam, bütün qrup məni əli üstündə gəzdirər.
Dekan bu an içəri girir:
- Əgər sizin ikinizi də universitetdən qovsam, bütün fakültə məni əli üstündə gəzdirər.

---------------------