Lətifələr - 12

YouTube Video Mp3 Çevirici
YouTube də istədiyiniz videoları mp3-ə çevirib yükləmək istəyirsiz?
Rahat və sürətli bir şəkildə heç bir sürət limiti olmadan bunu edə biləcəksiz.Necə? 
Yuxarıdakı GIF də göstərildiyi kimi rahat şəkildə mp3 yükləyə bilərsiniz 
Sayt: Azmp3yukle.com
---------------------------------------------------------------
Birinin toyu olur papası zorla evləndirir. Oğlan qaş-qabağlı oturduğu yerdə birdən bir milçək 
vız-vız gəlib bunun burnuna qonur. Bu oğlan kinli-kinli milçəyə baxıb deyir:
aralaş mazgimi çürütmə, yoxsa papaya deyərəm səni də evləndirər.

---------------------
Bir qoca arvad küçə ilə yol gedərkən bir məscid görür, məscidin yanında da bir nəzir qutusu görür. 
Nəzir qutusuna əli əsə-əsə beş qəpiklik atır və deyir: Ay Allah sən özün ömrümü uzat! 
Arvad yolun o tərəfnə keçir bir maşın arvadı vurub sərir yerə. 
Ele bu vaxtı bir gənc oğlan da nəzir atmaq istəyəndə arvad can verə-verə başını qaldırıb deyir: A bala ora pul atma, ora işləmir.

---------------------
Səhrada ölməkdə olan adam sürünür. Təsadüfən ordan cip keçir.
Adamlar onu görüb köməyə çalışırlar: - Su, tez olun. Ona fincanda su gətirirlər.
Can verən kişi gözlərini açıb güclə soruşur: - Qaynanmışdı?

---------------------
İki dəli imtahana girir. İmtahan qurtarandan sonra çıxır.
Biri o birindən soruşur: necə yazdın? Cavab verir: boş vərəq verdim. Bəs sən? 
Mən də heç nə yazmadım boş vərəq verdim. O biri deyir: onda elə biliceylər köçürmüşük 

---------------------
Kişinin iti ölür dostları ələ salmaq üçün gəlir onun yanına və başlayırlar: axır qəmin olsun! 
Yaddan çıxar təzə it alarsan fikir eləmə. Kişi qayıdıb deyir: heç bilmirdim itimin bu qədər tanışı var.

---------------------
Bir gün bir sinif avtobusa minirlər. Bir az gedəndən sonra aftobus xarab olur. 
Sürücü düşüb aftobusu düzəldəndə bir oğlan gəlir deyir: dayı mən billrəm avtobusa nə olub. 
Sürücü deyir: Get başımdan. Sonra uşaq yenə gəlir deyir: mən billirəm axı. 
Sürücü deyir: Ay bala sənə deyirəm get başımdan. Uşaq yenə gələndə deyir mən bilirəm nə olub avtobusa. 
Sürücü deyir: hə nə olub? Deyir ki, avtobus xarab olub.

---------------------
Bir qıza elçi gəlmək istəyirlər. Anası qızına deyir ki, özümüzü elə göstərək ki, guya ki, varlıyıq.
Mən səndən nə istəsəm de ki, hansını gətirim. Elçilər gəlir anası deyir qab gətir, 
qız da hansını gətirim deyir. Nəhayət elçilər deyirlər ki, qızın atasını çağırın. Qız birdən deyir hansı atamı

---------------------
Bir nəfər çayda çimmək istəyir. Amma batmaqdan qorxur. Körpünün üstündə alkaş oturubmuş.
Bu da soruşur ay qardaş suda batmaram ki? Alkaş deyir yox. 
Bu suya girir batır boğula-boğula deyir: bəs deyirdin su dərin deyil?
Eh nə bilim bayaq 3 ördək üzürdü su sinələrindən idi.

---------------------
Dovşan avtobusa minir görür yer yoxdu. Deyir kim mənə yer verməsə dünənkini edəcəm. 
Ayı qorxur durur ona yer verir. Düşəndə maraqdan özünü saxlaya bilməyib soruşur: 
dovşan qardaş dünən neynəmişdiz ki? Heç nə ayaq üstə getmişdim

---------------------
Bir gün bir restorana kişi gəlir. Qarsona deyir bəs sizin soyuq çayınız var? Qarson deyir yox. 
Kişi çıxır gedir. Hər gün bu hadisə 4-5 dəfə təkrar olunur. Axırı qarson bezib restoran sahibinə
məsələni danışır. O da deyir ki, çayı qoy dəmlənsin, sonra qoy soyuducuya, gələndə o 
kişiyə ver içsin. Qarson belə də edir. Elə həmin gün kişi gəlir, deyir bala soyuq çayın var? 
Qarson yekə-yekə deyir hə. Kişi deyir onda qoy isinsin, gətir içək

---------------------
Uşaqdan soruşurlar ki, atan nə işləyir. Deyir güldan düzəldir. Deyirlər bəs anan. 
Deyir anam da atamın düzəltdiyi güldanları atamın başında sındırır.

---------------------
Bir kişi yolnan gedir, birdən dərin bir quyuya düşür. Nə qədər eləyir çıxa bilmir, nə qədər eləyirçıixa bilmir, axırda öz-özünə deyir:
-Bu dəfə də çıxa bilməsəm çıxıb gedəcəm evə.

---------------------
Musiqi məktəbində müəllimlə şagiridin dialoqu:
Müəllim: Do-dan sonra nə gəlir?
Şagird: Müəllim söhbət sizdən gedirsə DO-dan sonra NUZ gəlir.

---------------------
Bir gün kişi evə sərxoş halda gılir. Arvad qaplnl açanda üst - basının toz - torpaq olduğunu görüb deyinir. Utanmırsan ay kişi, qonşularln yanlnda biyabir olduq. 
Kisi deyir: Arvad sən heç narahat olma! Məni heç kəs görə bilməz!
Arvad: Necə?
Kişi:Çünki, sürünə - sürünə gəlmişəm!

---------------------
Bir gün bir uşaq maqazinə gəlib deyir: sizdə 1ml dənə mismar var. 
Satıcı: yox yoxdu deyir. Uşaq səhərsi gün gəlir yenə sizdə 1ml dənə mismar var: 
Satıcı: yox yoxdur deyir. bir gündə belə olur : qəzəblənən satıcı uşağı yola salır.
Satıcı uşağın əl şəkmədiyini görüb gedir 1 ml dənə mismar alır gətirir dükana. Uşaq gəlir yenə sizdə 1 ml dənə mismar var deyə sorusur: 
Satıcı deyir: hə var.
Oğlan: oyda sizdə nə qədər mismar var deyir

---------------------
YouTube Video Mp3 Çevirici
YouTube də istədiyiniz videoları mp3-ə çevirib yükləmək istəyirsiz?
Rahat və sürətli bir şəkildə heç bir sürət limiti olmadan bunu edə biləcəksiz.Necə? 
Yuxarıdakı GIF də göstərildiyi kimi rahat şəkildə mp3 yükləyə bilərsiniz 
Sayt: Azmp3yukle.com
---------------------------------------------------------------
Bir dəlixanada dəliləri yoxlayırlar lamıçka verirlərki işiğın yerinə taxsınlar.
Bir dəli stula çıxır,üstünə də kağız qoyur,
Soruşurlar ki niyə belə edirsən, deyir ki qoy boyum hündür olsun, əlim çatsın

---------------------
Bir gün bir tələbə yol ilə gedərkən imtahanda ona iki verən müəllim ilə rastlaslr.
Tələbə: Salam müəllim
Müəllim: Men axmaqlarla salamlaşmıram
Tələbə: Təsəvvür edirsiz mən isə ancaq axmaqlarla salamlaşıram.

---------------------
Pomidor mədədə oturub. Birdən mədəyə yeni nəsə tökülür. O sorusur:
- Sən kimsən? 
-Mən arağam.
-Səni kimin şərəfinə içdilər? 
-Əhmədağanın!
Bir azdan yenə mədəyə araq təşrif buyurur. Pomidor yenə soruşur:
-Adə, yenə sən?
-Hə, nolubki?
-Zəhrimar olub. Yenə səni kimin şərəfinə içdilər?
-Əhmədağanın!
Pomidor bu dəfə dözmür:
-Əşi, çıxım görüm kimdi ki bu hörmətli Əhmədağa?!

---------------------
Bir gün bir nəfər aptekə girir və deyir -Sizdə çörək var? Satıcı deyir ki, Aptekdə çörək olmür yox yoxdu. Kişi satıcının gözünü partladır. Səhəri gun yene girir hemin Apteke deyir - Sizdə çörək var? Satıcı deyir yox. Kişi vurub o biri gözündə partdadır. Satıcı bundan bezib Aptekə çörək qoyur. Kişi yenə gəlir və satıcı kişini qabaqlayır ki, çörək var. Kişi deyir ki, mənə indi çörək yox, Smetan lazımdı
---------------------

HESAB OYUNU - Beyin məşqi oyununumuzu oynarayaq beyninizi məşq etdirin.
Bir ata olur. Onun 3 oğlu olur. Bir gün axşam onlar yemək yeyir. Böyük oğul deyir: 
atamıza bax, donuz kimi yeyir. Ortancıl oğul deyir: ey eşşək atamıza donuz niyə deyirsən?
Kiçik oğul hirslənir və deyir: atacan sən bunlara fikir vermə qabağındakı zəhərivi ye.
Coxbilmiş kişi. Bir gun bir kişi Bakida bir restorana girir.. Restoranda ele yeyir içir ancaq cibində bir qara qəpiyi də olmur.. bilmir nə etsin yeməyin içinə bir qarışqa qoyur , ofissiantı çağırıb deyir bu nədi yemeyin içində qarişqa var bu nə deməkdi... Ofissiant bilmir nə etsin kişiye deyir:can dayi pulu verme çıx get bircə eşidən olmasın kişi pul vermiyib gedir...
O biri gün yenə gəlir bura yenə yeyir iзir ancaq yenə pulu olmur , cibində bir qariзqa çixarıb yemeyin içine atır ofissiantı çağırıb danlıyır.... Sen demə dünənki gündə bugündə bunu bir müştəri görür yaxınlaşır kişiyə deyir :Bağışlayın bir qarışqanız olar ,kişi deyir vallah biri qalıb,onnanda çay içəcəm... Krokodil. Demeli bir gun qarişqa meshede qişqira-qişqira qacir.Birdən qabagina krokodil cixir. Agzini yeke acib soruşur: 
- Noolub eee sesin-kuyun buruyub mesheni? 
Qarişqa cavab verir: 
- Meşəyə insanlar gəlib.Kimin agzi yekədirsə onu öldürürlər. 
Krokodil reski agzini balacalaşdirib deyir: 
- DI SEN OL

---------------------