Lətifələr - 16

YouTube Video Mp3 Çevirici
YouTube də istədiyiniz videoları mp3-ə çevirib yükləmək istəyirsiz?
Rahat və sürətli bir şəkildə heç bir sürət limiti olmadan bunu edə biləcəksiz.Necə? 
Yuxarıdakı GIF də göstərildiyi kimi rahat şəkildə mp3 yükləyə bilərsiniz 
Sayt: Azmp3yukle.com
---------------------------------------------------------------

Aptekdə:
-Sizdə ağ saçlar üçün nəsə varmı?
-Əlbəttə var,dərin hörmət.

---------------------
Mağazada:
-Deyirlər sizdə oğurluğun qarşısını almaq üçün alət var.
-Var idi,oğurladılar.

---------------------
İki satıcı öz fırıldaqlarından məharətlə danışır:
-Bilirsən,mən bir axmağa kivi adı ilə kartof satmışam.
-Eh bu nədi ki,mən birinə doğurçu adı ilə oyuncaq tutuquşu satmışam.
-Bunun nəyi qəribədi ki?
-Mən sonra ona quş üçün yemək də satmışam.

---------------------
Qadın sərxoş ərinə:
-Axı mən sənə demişdim ki,uzaqbaşı 2 parç pivə iç,saat 10-da evə gəl
-Doğurdan,elə demişdin?
-Of.Yenə rəqəmləri qarışıq salmısan.

---------------------
Qadın rəfiqəsinə:
-Mənim sevgidə bəxtim gətirmir də!
-Niyə?
-Biri ilə tanış olanda ya görürsən o evli olur,ya da mən ərdə oluram

---------------------
İki rəfiqə söhbət edir:
-Bir falçı mənə deyib ki,gözəl sarışın bir oğlanla tanış olacam.Mən də bilmirəm neyniyim?!
-Nə gözəl.Bu ki yaxşı xəbərdi.
-Hə, amma o mənə demədi öz ərimi neyləyim.

---------------------
Uşaq anasına:
-Ana,atamın başında niyə tük azdı?
-Çünki o çox fikirləşir,ağlı çoxdu.
-Bəs sənin başında niyə tük çoxdu?
-Sən get dərslərivi oxu.Axmaq!

---------------------
Uşaq anası ilə yol gedir.yol boyu uşaq dondurma istəyir,anası isə almır.Uşaq biraz qabaqda lyuku görür,ağlına anasını ora salmaq fikri ağlına gəlir.Bu yolla dondurma alacağını düşünür.Lyuka çatanda uşaq:
-Ana göydə əjdahaya bax!
Ana addımını geniş açıb lyukun üstündən keçdikdə uşaq pərt olur.Bu zaman arxadan şappıltı eşidilir.Çönüb görürlər ki,bir qoca kişi lyukun içindən çıxır:
-Axmaq oğlu axmaq!Göydə də əjdaha olar?!

---------------------
Çukça özünə kamaz alır...
Bir müddətdən sonra ondan soruşurlar:
- Maşının necədi?
- Hər şeyi yaxşıdır, içi istidir, faraları elə işıq saçır ki, bütün tundra səhər kimi görünür...amma bir şey var...
-Nə?
-İtlər tez yorulurlar

---------------------
Cim və Meri dəlixanadakı dəlilərdəndir. Bir gün dəlixanada hovuzunun ətrafında gəzərkən Cim oppanıb hovuzun dibinə batır. Mari bunu görən kimi tullanıb Cimi xilas edir. Marinin bu qəhrəmanlığı bütün dəlixanaya yayılır. Dəlixana müdiri Marinin ağıllandığı bilir və onu yanına çağırtdırıb azad etmək üçün əmr verməyə hazırlaşır. Mari baş həkimin otağına daxil olur. Baş həkim:
- Mari, sənə bir yaxşı və bir pis xəbərim var.Yaxşı xəbərim odur ki, səni azadlığa buraxacayıq. Pis xəbərim ondan ibarətdir ki, sən Cimi qurtardıqdan sonra o özünü hamamda asıb.
- O özünü asmayıb. Sudan çıxarıb mən asmışam ki, qurusun.

---------------------

Özünü siçan hesab edən bir dəli bir neçə ildən sonra ağıllanır və dəlixanadan çıxmaq vaxtı gəlir. Baş həkim onu çağırıb yoxlayır:
- De görüm, sən insansan yoxsa siçan?
- Həkim, o günlər keçdi. Artıq ağıllanmışam.
Həkim sənədlərini yazır, bunu buraxır. Bir azdan həkimlərdən biri gəlir:
- Həmin adam yenə siçan kimi kolların dalında gizlənib.
Həkim çağırtdırır onu. Sorğu-sualdan sonra xəstə deyir:
- Həkim mən ağıllanmağına ağıllanmışam, amma çöldəki pişik hardan bilsin ki,mən ağıllanmışam

---------------------
YouTube Video Mp3 Çevirici
YouTube də istədiyiniz videoları mp3-ə çevirib yükləmək istəyirsiz?
Rahat və sürətli bir şəkildə heç bir sürət limiti olmadan bunu edə biləcəksiz.Necə? 
Yuxarıdakı GIF də göstərildiyi kimi rahat şəkildə mp3 yükləyə bilərsiniz 
Sayt: Azmp3yukle.com
---------------------------------------------------------------
Dəlixanada iki nəfəri azad etməyə hazırlaşırlar. Həkimlər “Çağıraq axırıncı yoxlamadan keçirək görək ağıllanıblarmı” deyirlər. Hər ikisini masa arxasına çağırırlar.
Masanın üzərinə iki qab qoyurlar. Birinin içinə zeytun, o birinin içinə hamamböcəyi yığırlar. Sonra deyirlər bunları yeyin. Dəlilərdən biri tez zeytunları yeməyə başlayır. O birisi isə tez hamamböcəklərini yeməyə başlayır və deyir:
- Əvvəl bunları yeyək. O birilər qaçmır.

---------------------
İki dəli xəstəxanadan qaçmağa qərar verirlər. Gecə planlarını yerinə yetirib qaçırlar. Sabahsı gün təzədən qayıdırlar. Digər dəlilər bunlardan soruşurlar:
- Niyə qayıtdınız?
- Bu gün planı yoxladıq. Sabah qaçacağıq.

---------------------
Bir gün yoxlama gəlir dəlixanaya ağıllanan dəliləri evə göndərsin. Yoxlama dəliləri yığıb bir sual verir:
- Deyin görüm vannada balıq tutmaq olarmı?
Hamı deyir ki, olar. Təkcə biri deyir olmaz. Yoxlama həmin dəlini azad edir.
Dəli evə gələndə valideynləri soruşur:
- Səni nə yaxşı buraxdılar?
Dəli dillənir:
- Soruşdular ki, vannada balıq tutmaq olar?
Valideynləri:
- Bəs sən nə dedin, ağıllı balam?
Dəli:
- Dəli zad deyiləm ki, deyim yerini onlar da balıqları tutsunlar.

---------------------
İki dəli söhbət edirlər, biri o birinə:
-sən harda anadan olmusan?
Cavab:
-Xestexanada
o biri deli:
-Aaaaa hansi xestelikden?

---------------------
Sən pirajnanı niyə yemirsən. Qorxursan ki, paltara yerləşməzsən???
- Paltar problem deyil. Problem liftdir.

---------------------
İki ovçunun söhbətindən:
- Bir gün, Afrikada, mən, 500 m-lik məsafədən bir güllə ilə fili vurub öldürdüm!
- Bu nədi ki?! Bu yaxınlarda mən Şimal dənizində nəhən bir ağ ayını əllərimlə boğub öldürdüm!
- Hə, söhbət dənizlərdən düşmüşkən, Ölü dəniz haqda eşitmisən?
- Əlbəttə ki!
- Hə, bax, onu, qardaşımla bir yerdə mən öldürmüşəm!

---------------------
Bir gün biri gəlir həkimə:
- Həkim yaddaşımı itirirəm, kömək eləyin.
Həkim:
- Hm.. Tez-tez itirirsiniz?
Xəstə:
- Nəyi ay həkim?
Həkim:
- Yaddaşınızı
Xəstə:
- Yaddaş nədi?

---------------------


Alo 103-dü?
-Bəli
-Ambulans var?
-Bəli var
-Bizdə də var yarışaq?

---------------------
Bir gün bir kişi psixoloqun yanına gəlir və deyir:
-Həkim, mənim arvadım dəli olub
-Hardan bilirsiz?
-evdə qanadlı ağ atlar uçur amma arvadım onları görmür.

---------------------